Fransanın gənclərdən ibarət milli komandasının basketbolçusu Alisia Turnebiz "EuroBasket U18" yarışında bütün diqqətləri üzərinə çəkib.
Olimpnews.az xəbər verir ki, o, Belçika millisi ilə üçüncü yer uğrunda oyun zamanı möhtəşəm atış (dank) edib. Alisa hər iki əli ilə topu səbətin içərisinə yerləşdirib - 61:31. Həmin matçda Frasa millisi qələb qazanıb - 72:47. 17 yaşlı Tournebiz 19 xal, 12 ribaund, üç asist və iki blok müəllifi olub.