"Arsenal" "Sportinq"in mərkəz hücumçusu Viktor Qyökereşlə tezliklə müqavilə bağlamağa hazırlaşır. Olimpnews.az insayder Fabrizio Romanonun sözlərinə istinadən xəbər verir ki, hücumçunun agentləri razılışmanı tamamlamaq üçün Londona gəliblər. Transferin son detalları razılaşdırıldıqdan sonra futbolçu dərhal İngiltərənin paytaxtına gələcək. Qeyd edək ki, 2023-cü ildən Lissabon klubunun formasını geyinən isveçli futbolçu 102 oyunda, 97 qol vurub və 28 məhsuldar ötürmə müəllifi olub.
Qyökereş Londona gəlməyə hazırlaşır
