İspaniyanın Madrid "Real"ı Portuqaliyanın "Benfika" klubunda forma geyinən 22 yaşlı sol cinah müdafiəçisi Alvaro Karrerasın transferini rəsmiləşdirib.
Olimpnews.az xəbər verir ki, ispaniya futbolçu ilə 6 illik müqavilə imzalanacaq.
Futbolçunun transferi "Kral klubu" üçün 50 milyon avroya başa gələcək. Madridlilər bu məbləği hissələrə bölərək ödəyəcək.