İspaniyanın "Barselona" klubunda Mark-Andre Ter Şteqenlə bağlı problemlər səngimək bilmir.
Olimpnews.az xəbər ki, katalonlar klubdan ayrılmaq bilməyən almaniyalı qapıçının əlindən bu dəfə forma nömrəsini almaq istəyir.
Belə ki, klub rəhbərliyinin yeni qərarına əsasən 1 nömrəli forma klubun yeni transferi Xuan Qarsiaya verilə bilər.
Qeyd edək ki, Kataloniya təmsilçisi Ter Şteqenlə müqaviləyə qarşılıqlı razılıq əsasında xitam vermək istəsə də, almaniyalı qapıçının qalan üç illik maaşını tələb etməsi buna əngəl olub.
"Barselona" bu dəfə Ter Şteqeni belə "sındırmaq" istədi
