Bellingem oktyabra qədər yaşıl meydanlardan kənarda qalacaq 

Bellingem oktyabra qədər yaşıl meydanlardan kənarda qalacaq 

Ötən mövsümü çiyin zədəsi ilə keçirən "Real Madrid"in ingiltərəli yarımmüdafiəçisi Jud Bellingem əməliyyat olunacaq.
Olimpnews.az xəbər verir ki, 22 yaşlı futbolçu əslində mövsümün sonunda əməliyyat olunmaq istəsə də, klublararası dünya çempionatına görə bunu təxirə salmışdı. Artıq ABŞ-dakı turnirdən sonra futbolçu özü də əməliyyat üçün razılığını verib. Bu əməliyyat baş tutacağı halda Bellingem oktyabr ayına qədər yaşıl meydanlardan kənarda qalacaq.