"Napoli"nin futbolçusu Kevin de Brüyne İtaliya klubunda oynayacağı nömrə ilə bağlı qərar verib. Olimpnews.az insayder Matteo Morettonun sosial şəbəkələrdə verdiyi məlumata istinadən xəbər verir ki, belçikalı "Neapolitan" komandasında 11 nömrə altında çıxış edəcək.
Xatırladaq ki, de Brüyne "Mançester Siti"dən "Napoli"yə azad agent kimi keçib. Onun müqaviləsi 2027-ci ilin ortalarına qədərdir.