Yay transfer pəncərəsində fəallığı ilə seçilən İngiltərənin "Liverpul" klubu heyətini daha bir futbolçu ilə gücləndirmək istəyir.
Olimpnews.az The Athleticə istinadən xəbər verir ki, yeni mövsümdə Çempionlar Liqasının qalibi olmağı hədəfləyən "merisaydlılar" bu dəfə "Nyukasl Yunayetd"in futbolçusu Aleksandr İsakı heyətinə cəlb etmək istəyir.
"Liverpul" Isak üçün 120 milyon funt-sterlinq ödəyə bilər.
"Nyukasl Yunayted" isə istedadlı futbolçusunu əldən vermək istəmir. "Ağ-qaralar" İsaka yeni müqavilə təklif etməyi düşünür.
"Liverpul" növbəti transfer bombasını partlatmaq üzrədir 120 milyon funt-sterlinqə
