UEFA-nın rəsmi saytının məlumatına görə, təşkilatın nizam-intizam komissiyası danışılmış oyunlara görə Monteneqro “Arsenal”ının 10 il müddətinə avrokuboklarda iştirakdan məhrum edilməsi barədə qərar verib. Qərarda qeyd olunur ki, hadisə 2023/24 Konfrans Liqasının seçmə mərhələsində “Arsenal”ın Ermənistan “Alaşkert”i ilə qarşılaşdığı matçda baş verib. Həmin cütün ilk görüşündə «Arsenal» heç-heçə edib- 1:1) Cavab görüşündə isə balkan təmsilçiləri "Alaşkert"i darmadağın ediblər - 6:1.
UEFA “Arsenal”ı 10 il müddətinə avrokuboklardan uzaqlaşdırıb
