İngiltərənin "Vulverhempton" klubu avtomobil qəzasından dünyasını dəyişən portuqaliyalı futbolçu Dioqo Jotanın adının "Şöhrət Zalı"na (Hall of fame) daxil etdiyini açıqlayıb.
Olimpnews.az xəbər verir ki, bu barədə klubun sosial media paylaşımında qeyd olunub. Paylaşımda bildirilir: "Bu, onun klub üçün qazandığı möhtəşəm nailiyyətlərə və eyni zamanda onun vəfatının futbol dünyasında buraxdığı dərin izə ehtiram əlamətidir".
Qeyd edək ki, D.Jota 2018-2020-ci illərdə "Vulverhempton"da çıxış edib və 67 oyunda 16 qol vurub.
Qeyd edək ki, 28 yaşlı Dioqo Jota iyulun 3-də İspaniyanın qərbindəki Samora əyalətində avtomobil qəzasında qardaşı Andre Silva ilə birlikdə yanaraq dünyasını dəyişib.
Dioqo Jotanın adı "Şöhrət" zalına daxil edildi
