"Real Madrid"in gənc futbolçusu model sevgilisi ilə ailə qurdu

"Real Madrid"in gənc futbolçusu model sevgilisi ilə ailə qurdu

İspaniyanın “Real" klubunun gələcək ulduzu hesab olunan 18 yaşlı braziliyalı hücumçusu Endrik Felipe rəsmi olaraq ailə həyatı qurub. 
Olimpnews.az xəbər verir ki, gənc futbolçunun uzun müddətdir münasibətdə olduğu model sevgilisi Qabriely Miranda ilə nikah mərasimi bu günlərdə baş tutub.
Qeyd edək ki, model və rəqəmsal məzmun yaradıcısı kimi tanınan Gabriely Miranda ilə Endrikin münasibətləri uzun müddətdir medianın diqqətində idi. Cütlük sosial şəbəkələrdə tez-tez birlikdə görüntülənirdi.