İspaniyanın "Barselona" klubu 2024/25 mövsümünün ilk dövrəsində ev oyunlarını yenidən Montjuik stadionunda keçirməyi planlaşdırır.
Olimpnews.az Mundo Deportivo nəşrinin məlumatına istinadən xəbər verir ki, UEFA-nın qaydalarına əsasən, komandalar Çempionlar Liqasının qrup mərhələsində ev oyunlarını yalnız bir stadionda keçirməlidirlər. Kataloniya təmsilçisi avqust ayında La Liqa və UEFA-ya rəsmi olaraq hansı stadiondan istifadə edəcəyini bildirəcək.
Qeyd edək ki, "Barselona"nın əsas stadionu "Spotify Kam Nou"nun yenidənqurma işləri hələ də davam edir.
"Barselona" ev oyunlarını yenidən Montjuik stadionunda keçirə bilər
