"Barselona"nın keçmiş futbolçusu İvan Rakitic yeni vəzifəyə təyin olunub.
Olimpnews.az xəbər verir ki, rəsmi məlumata görə, xorvatiyalı veteran "Hayduk Split" klubunun texniki direktoru postuna gətirilib.
Uzun illər "Sevilya" və "Barselona" kimi klublarda çıxış edən Rakitic, peşəkar karyerasını başa vurduqdan dərhal sonra futbola rəhbərlik səviyyəsində qayıdıb.