İtaliyanın nəhəng klubu “İnter” yay transfer pəncərəsində növbəti hədəfinə yaxınlaşıb.
Olimpnews.az xəbər verir ki, ötən mövsümü kuboksuz başa vuran Milan təmsilçisi “Atalanta”nın hücumçusu Ademola Lookmanla şəxsi razılıq əldə edib.
Hazırda “İnter” Lookmanın transferini reallaşdırmaq üçün “Atalanta” ilə danışıqları davam etdirir.
Bergamo təmsilçisinin rəhbərliyi 26 yaşlı nigeriyalı futbolçunun keçidi üçün 40 milyon avrodan yüksək məbləğ tələb edir.