"Liverpul" etmək istəyir? - transfer üçün daha 330 milyon

  • 10:18 20.07.2025
  • 35
  • "Liverpul" nə etmək istəyir? - transfer üçün daha 330 milyon

    Bu il İngiltərə Premyer Liqasının qalibi olmasına baxmayaraq, UEFA Çempionlar Liqasında uğursuzluqla üzləşən "Liverpul" klubu yay transfer pəncərəsində fəallığı ilə diqqət çəkir. 
    Olimpnews.az xəbər verir ki, bu ana qədər beş futbolçunu heyətinə cəlb edən "mersisaydlılar" bu transferlərə 225 milyon avro xərcləyib. 
    Lakin "qırmızılılar" bununla kifayətlənmək fikrində deyil. Onlar yay transfer pəncərəsinin sonuna qədər daha 330 milyon avro xərcləməyi düşünürlər. 
    Qeyd edək ki, "Liverpul"ün ən səs-küylü transferi Leverkuzen "Bayer"inindən heyətinə cəlb etdiyi Florian Virtsdir. Almaniyalı futbolçuya 136 milyon xərcləyən İngiltərə təmsilçisi həmçinin, Ceremi Frimponqu 40 milyon, Miloş Kerkezi 47 milyon, Freddi Vudmanı azad agent, Armin Peksi isə 2 milyon avroya transfer edib. 
    Hazırda hücum xəttini gücləndirmək istəyən klub rəhbərliyi davam Luis Diasın komandadan ayrılma ehtimalı səbəbiylə Rodriqonu heyətinə qatmaq istəyir. Lakin "Real" ın baş məşqçisi Xabi Alonsonun planlarına daxil olmayan oyunçu üçün tələb olunan qiymət 100 milyon avrodan aşağı olmayacaq.
    Bundan əlavə, klub rəhbərliyi Aleksander İsak transferini da nəzərdən keçirir. İsveçli hücumçu ən yaxşı mövsümünü "Nyukasl" da keçirib və "Liverpul" bu transferə çox ciddi yanaşır. Bununla birlikdə, "Nyukasl " oyunçunu satmaq istəmir və ingilis mətbuatına görə qiyməti təxminən 150 milyon avrodur.