İtaliyalı yarımmüdafiəçi Federiko Bernardeski "Bolonya" ilə müqavilə imzalayıb.
Olimpnews.az İtaliya klubunun rəsmi saytına istinadən xəbər verir ki, azad agent kimi “Toronto”dan ayrılan 31 yaşlı futbolçu 3 il MLS klubunda çıxış edib, ümumilikdə 99 matçda 26 qol vurub və 16 məhsuldar ötürmə edib.
Qeyd edək ki, Bernardeski əvvəllər "Yuventus", "Krotone" və "Fiorentina"da çıxış edib.