Bu gün Xorvatiyanın Osiek şəhərində keçirilən XVIII Avropa Gənclər Yay Olimpiya Festivalı çərçivəsində gimnastika yarışlarına start verilib.
Olimpnews.az xəbər verir ki, ilk yarış günündə ölkəmizi idman gimnastikasının çoxnövçülük növündə Rafael Həsənov təmsil edir. O, yarış öncəsi məşqlərə start verib.
Qeyd edək ki, gimnastika yarışları “Qradski Vrt” yarış zalında keçirilir.
İdmançımıza uğurlar arzulayırıq!