Xavi barədə xəbərlər mətbuatın yalanıdır

Xavi barədə xəbərlər mətbuatın yalanıdır

Bir müddətdir ki, ispaniyalı mütəxəssis Xavinin Hindistan millisinə rəhbərlik edə biləcəyi ilə bağlı xəbərlər yayılmışdı.

Olimpnews.az xəbər verir ki, insayder Fabrizio Romano bu məlumatı təkzib edir. O bildirir ki, 
Xavi ilə Hindistan Futbol Federasiyası arasında heç bir danışıqlar aparılmayıb.

Qeyd edək ki, 45 yaşlı Xavi artıq xeyli müddətdir məşqçilik fəaliyyətini dayandırıb.