PSJ-nin qapıçısı Canluici Donnarummaya
"Qalatasaray"dan təklif göndərilib.
Olimpnews.az xəbər verir ki, parislilərlə müqaviləsi 2026-cı ilin yayında başa çatdığı üçün Türkiyə klubu ona müqavilə təklif edib.
İstanbul komandası Donnarumma ilə hələ müqavilənin uzadılması ilə bağlı razılığa gəlmədiyindən bu vəziyyətdən yararlanmağa ümid edir.
Qeyd edək ki, hazırda Avropanın nəhəng klubları italiyalı qapıçı üçün mübarizəyə qoşulublar.
"Qalatasaray" da başını başlara qoşdu
