"Brayton"dan "Milan"a keçən ekvadorlu müdafiəçi Pervis Estupinan yeni klubu ilə bağlı emosiyalarını bölüşüb.
"Milana keçdiyim üçün çox şadam, çox həyəcanlıyam. Belə böyük klubda oynamaq uşaqlıq arzum idi. Xoşbəxtəm ki, bu arzum gerçəkləşdi. Çəkdiyim zəhmət öz bəhrəsini verdi. Ümid edirəm ki, burada uğur qazanacağam. Agentim “Milan”ın mənimlə maraqlandığını deyəndə, ona bunun əla ideya olduğunu söylədim. "Milan" əla klubdur, - Football Italia Estupinyandan sitat gətirib.
"Belə böyük klubda oynamaq uşaqlıq arzum idi"
