İngiltərə Premyer Liqasında yay transfer pəncərəsində ən çox pul xərcləyən klubların siyahısı açıqlanıb.
Olimpnews.az xəbər verir ki, siyahıya “Liverpul” klubu başçılıq edir. Mersisaydlılar bu günə qədər transferlərə 269 milyon funt-sterlinq xərcləyib. İkinci pillədə 212 milyon funt-sterlinq xərcləyən “Çelsi” klubu qərarlaşıb. Trasnferlər üçün 194 milyon funt-sterlinqindən keçən “Arsenal” ilk “üçlüyü” tamamlayır. Siyahının 4-5-ci pillələrində Mançester təmsilçiləri yer alıb. “Mançester Yunayted” 132 milyon funt-sterlinqlə dördüncü, 126 milyon funt-sterlinq xərcləyən “şəhərlilər” isə beşincidir.
Transferlərə ən çox pul xərcləyən İngiltərə klublarının siyahısı açıqlanıb

