“Vest Hem” “Şeffild Yunayted”in qapıçısı Maykl Kuperi heyətinə cəlb etməyə cəhd edir.
Olimpnews.az xəbər verir ki, London klubunun rəhbərliyi əsas qapıçı Alfons Areolanın çıxışından elə də razı deyil. "Dəmirçilər" Kuperi onun yerinə əsas namizəd hesab edir.
Qeyd edək k, ötən mövsüm Maykl Kuper Çempionşipdə 46 oyun keçirib və matçların yarısında qapısını toxunulmaz saxlayıb.