London "Arsenal"ının hücumçusu Qabriel Xesus bu yay klubu tərk edə bilər.
Olimpnews.az "Caught Offside"ın məlumatına istinadən xəbər verir ki, 28 yaşlı braziliyalı "Nyukasl", "Tottenhem", "Barselona", "Milan" və "İnter"in tarnsfer siyahısına daxil edilib.
Qeyd edək ki, ötən mövsüm Xesus «topçular»ın heyətində 27 oyun keçirib, 7 qol və 2 məhsuldar ötürmə ilə yadda qalıb.