"Los Angeles Lakers"in 26 yaşlı sloveniyalı oyunçusu Luka Donçiç Kaliforniya klubu ilə yeni dörd illik 249 milyon dollarlıq müqavilə imzalayacaq.
Olimonews.az Clutch Points portalına istinadən xəbər verir ki, o, hazırda "Jordan" idman ayaqqabısı brendinin səfiri kimi ABŞ turundadır. Basketbolçunun turui avqustun 2-də Los-Ancelesdə başa çatacaq.