Tofiq Bəhrəmovun tarixə keçdiyi gündən 59 il ötür 

Tofiq Bəhrəmovun tarixə keçdiyi gündən 59 il ötür 

Bu gün Azərbaycan futbol tarixinin ən parlaq simalarından biri, əfsanəvi hakim Tofiq Bəhrəmovun dünya idman tarixinə adını qızıl hərflərlə yazdırdığı gündür.

Olimpnews.az xəbər verir ki, 1966-cı ilin məhz bu günündə - iyulun 30-da İngiltərə millisi dünya çempionatının finalında Qərbi Almaniyanı 4:2 hesabı ilə məğlub edərək, tarixində ilk dəfə çempionluq tituluna sahib olub. 
Final oyununda Cefri Herstin mübahisəli qolunu israrla baş hakim Gottfried Dienstə bildirən yan xətt hakimi Tofiq Bəhramovun bu qərarı sonradan müasir texnologiya vasitəsilə də təsdiqini tapıb. Bu gün həmin tarixdən artıq 59 il keçir. 
Tofiq Bəhramov bu qarşılaşmada laynsman funksiyasını yerinə yetirsə də, Britaniya kraliçası “Qızıl fit”i və “Qızıl ilahə”nin kiçik modelini həmyerlimizə təqdim edib.