İngiltərənin "Mançester Siti" klubu qapıçısı Ceyms Traffordu heyətinə qaytarıb.
Olimpnews.az Transfermarkt portalının məlumatına istinadən xəbər verir ki, 22 yaşlı futbolçunun müqaviləsini əldən verməyən "Bernli" klubu bu transfer üçün «şəhərlilər»dən 31,2 milyon avro alıb. Qeyd edək ki, «Bernli» iki il əvvəl doğma klubundan 17,3 milyon avroya təransfer etmişdi. Verilən xəbərə görə qapıçı "Mançester Siti" ilə 5 illik müqavilə imzalayıb.