“Bavariya”nın hücumçusu Harri Keyn çətin ki, karyerasının sonuna kimi Münhen klubunda çıxış etsin.
Olimpnews.az xəbər verir ki, onun bu yay yox, bir ildən sonra Premyer Liqaya qayıtması variantı artıq nəzərdən keçirilir. “The Telegraph” xəbər verir ki, Keynin “Bavariya” ilə müqaviləsi 2027-ci ilin yayına kimi hesablanıb və hər il onun alış məbləği azalır. Müqavilənin uzadılmasına klub tərəfindən zəmanət verilmir. Belə oduğu təqdirdə, Keynin "Mançester Yunayted"ə qayıtması əsas mövzuya çevriləcək.
Xatırladaq ki, ötən mövsüm Keyn "Bavariya"nın heyətində Almaniya çempionluğunu qazanaraq, klub səviyyəsində ilk kubokunu qazanıb.