Səudiyyə Ərəbistanı klubları "Barselona"nın hücumçusu Robert Levandovskinin transferi üçün mübarizəyə qoşulub.
Olimpnews.az Mundo Deportivoya istinadən xəbər verir ki, polşalı futbolçu Kataloniyada məskunlaşıb və bu yay yerini dəyişmək istəmir. Ərəb klubları isə onun fikrini dəyişmək üçün böyük maaşla uzunmüddətli müqavilə təklif etməyə hazırdır. Qeyd olunur ki, baş məşqçi Hans-Diter Flik Levandovskiyə böyük ümid bəsləyir, lakin sərfəli təklif gələrsə, “Barselona” futbolçunun getməsinə mane olmayacaq. 37 yaşlı futbolçunun hazırkı müqaviləsi gələn ilin ortalarında başa çatır.