Konfrans Liqası: "Sabah" bu gün cavab oyununa çıxacaq

Konfrans Liqası: "Sabah" bu gün cavab oyununa çıxacaq

Bu gun futbol üzrə UEFA Konfrans Liqasında II təsnifat mərhələsinin cavab oyunları keçiriləcək. 
Olimpnews.az xəbər verir ki, Azərbaycanın “Sabah” klubu da qitə yarışında cavab oyununa çıxacaq. Paytaxt təmsilçisi “Bank Respublika Arena”da Moldovanın “Petrokub” kollektivi ilə qarşılaşacaq. Serbiyadan olan hakimlər briqadasının idarə edəcəyi oyun Bakı vaxtı ilə saat 20:00-da start götürəcək. 
Qeyd edək ki, “Sabah” klubu Moldovada keçirilən ilk oyunda rəqibinə 2:0 hesabı ilə qalib gəlib.