"İnter Mayami"nin argentinalı hücumçusu Lionel Messi Liqa Kuboku matçında Meksika "Atlas"ının futbolçusu Serxio Hernandezlə dalaşıb.
Olimpnews.az xəbər verir ki, ABŞ-da keçirilən qarşılaşmada Messi iki məhsuldar ötürməsi ilə komandasının qələbəsində pay sahibi olub - 2:1. Epizodların birində Messi ilə Hernandez arasında söz davası yaranıb, bundan sonra “Qızıl top”un səkkizqat qalibi rəqibinə şillə vurub. Turnirin növbəti oyununda Mayami “İnter” doğma meydanda “Necaxa” ilə qarşılaşacaq.