"Bavariya"nın yarımmüdafiəçisi Brayan Saraqosanın Viqo "Selta"sına keçidi tamamlanıb.
Olimpnews.az İspaniya klubunun rəsmi saytına istinadən xəbər verir ki, Viqo komandası 23 yaşlı ispaniyalını 30 iyun 2026-cı ilə qədər icarəyə götürüb və müəyyən şərtlər yerinə yetirildiyi təqdirdə almaq öhdəliyi var.
Qeyd edək ki, ötən mövsüm Saraqosa "Osasuna"da icarə əsasında çıxış edib. "Bavariya" onu ötən yay "Qranada"dan 13 milyon avroya alıb. Ümumilikdə futbolçu Münhen klubunda 7 oyun keçirib və qol vurmayıb.