"Jirona" istəyinə çatdı 

"Jirona" istəyinə çatdı 

Madrid "Atletiko"sunun yarımmüdafiəçisi Tomas Lemar karyerasını "Jirona"da davam etdirəcək.

Olimpnews.az klubun rəsmi saytına istinadən xəbər verir ki, 29 yaşlı fransalı futbolçu 30 iyun 2026-cı ilə kimi icarəyə verilib.

Qeyd edək ki, Lemar 2018-ci ilin iyulundan 72 milyon avroya "Monako" "Atletiko"ya keçib. O, Madrid klubunda ümumilikdə 186 oyun keçirib, 10 qol 19 məhsuldar ötürmə ilə yadda qalıb.