Bu il İspaniya La Liqasında oynamaq hüququ qazanan "Real Oviedo" klubu heyətini yeni futbolçu ilə gücləndirməkdə davam edir.
Olimpnews.az xəbər verir ki, La Liqanın debutantı azad agent kimi serbiyalı hücumçu Luka Yoviçin transferini rəsmiləşdirmək üzrədir.
Qeyd edək ki, 27 yaşlı futbolçu 2023-25-ci illər mövsümündə İtaliyanın "Milan" klubunun heyətində çıxış edib və 38 oyunda 8 qolla yadda qalıb.
La Liqanın debutanı heyətini serbiyalı hücumçu ilə gücləndirir
