Azərbaycanın "Sabah" klubu UEFA Konfrans Liqasının II təsnifat mərhələsində cavab oyununa çıxıb.
Olimpnews.az xəbər verir ki, paytaxt təmsilçisi Bakıda, "Bank Respublika Arena"da Moldovanın "Petrokub" komandasını qəbul edib. İlk oyunda Moldova səfərində 2:0 hesablı qələbə qazanan "Sabah" Bakıda da rəqibindən üstün olub -4:1.
Bakılıların heyətində Coy Lens Mikels üç, Pavol Şafranko isə bir dəfə rəqib qapısına yola tapıb.
Beləliklə, "Sabah" klubu iki oyunun nəticəsinə görə, 6:1 hesablı qələbə qazanaraq III təsnifat mərhələsinə vəsiqə əldə edib. Azərbaycan Kubokunun son qalibi bu mərhələdə Bolqarıstanın "Levski” və Portuqaliyanın “Braqa” (Portuqaliya) cütünün qalibi ilə qarşılaşacaq.
Konfrans Liqası: "Sabah" III təsnifat mərhələsinə vəsiqə qazandı
