Viktor Osimhen rəsmən "Qalatasaray"da

Viktor Osimhen rəsmən "Qalatasaray"da

"Napoli"nin nigeriyalı futbolçusu Viktor Osimhen "Qalatasaray"lə 2029-cu ilin yayına kimi 4 illlik müqavilə imzalayıb. 
Olimpnews.az xəbər verir ki, transfer "aslanlar" üçün 75 milyon avroya başa gəlib. Müqavilədə oyunçunun növbəti satışından neapollulara 10 faiz pay bəndi də yer alıb. 
Osimhen "Qalatasaray"ın heyətinde ilinə 15 milyon avro maaş alacaq. Müqavilədə 6 milyon avro bonuslar da var.