İtaliyalı futbolçu Madriddən dəvət alıb

İtaliyalı futbolçu Madriddən dəvət alıb

"Napoli"nin hücumçusu Cakomo Raspadori yeni mövmə İspaniya La Liqasında başlaya bilər. Olimpnews.az jurnalist Canluka di Marzionun verdiyi məlumata istinadən xəbər verir ki, Madrid "Atletiko"su onunla bağlı "Napoli" ilə danışıqlara başlayıb. İtaliya klubu isə Raspadorini bonuslar istisna olmaqla 30 milyon avroya satmağa hazırdır.
Qeyd edək ki, Raspadori 2023-cü ildən "Napoli"də çıxış edir. Ötən mövsüm o, 29 oyunda 6 qol vurub və 2 məhsuldar ötürmə edib. Futbolçu həmçinin İtaliya millisinin heyətində 40 matçda 9 qol vurub.