Çexiyali futbolçu "Bayer"lə yeni müqavilə imzaladı 

Çexiyali futbolçu "Bayer"lə yeni müqavilə imzaladı 

Almaniyanın "Bayer Leverkusen" klubu 29 yaşlı çexiyalı futbolçu Patrik Şik ilə 2030-cu ilin yayına kimi nəzərdə tutulan 5 illik yeni müqavilə imzalayıb. 
Futbolçu bununla bağlı təəssüratlarını bölüşüb. “Gələcəyə baxış xoşuma gəlir. Klub gələcək üçün yüksək səviyyəli bir komandanın formalaşdırılması üzərində ciddi şəkildə çalışır. Əminəm ki, biz gələcəkdə də həm Bundesliqada, həm də Avropada mühüm rol oynamaqda davam edəcəyik”.