Çempionlar Liqası: III təsnifat mərhələsinə ilk oyun günündə 4 oyun keçirilib 

Çempionlar Liqası: III təsnifat mərhələsinə ilk oyun günündə 4 oyun keçirilib 

Futbol üzrə UEFA Çempionlar Liqasında III təsnifat mərhələsinin ilk oyun gününə yekun vurulub.   

Olimpnews.az xəbər verir ki, ilk oyun günündə azarkeşlər 4 oyun izləyiblər. Günün ilk oyunu İsveçdə təşkil olunub. "Malmö” klubu Danimarkanın “Kopenhagen” komandası ilə qarşılaşıb. Oyun 0:0 hesabı ilə başa çatıb. Günün digər oyununda Ukraynanın Kiyev “Dinamo”su Kiprin “Pafos” klubuna minimal hesabla məğlub olub - 0:1. Eyni hesab "Şkendiya” (Şimali Makedoniya) – “Qarabağ” (Azərbaycan) oyununda da qeydə alınıb. "Qarabağ" "Şkendiya"ya 1:0 hesabl ilə qalib gəlib. Şotlandiya təmsilçisi “Reyncers” isə doğma meydanda Çexiyanın “Viktoriya” klubunun qapısından üç cavabsız top keçirib. 

Qeyd edək ki, III təsnifat mərhələsinin digər qarşılaşmaları bu gün keçiriləcək.