Bu gün UEFA Çempionlar Liqasının III təsnifat mərhələsinin inövbəti oyunları keçiriləcək.
Olimpnews.az xəbər verir ki, ikinci oyun günündə daha altı qarşılaşma izləyəcək. Günün ilk oyunu Qazaxıstanın "Kayrat” və Slovakiyanın “Slovan” komandaları arasında olacaq. Oyun Bakı vaxtı ilə saat 19:00-da başlayacaq. Türkiyə təmsilçisi “Fənərbağça” isə Niderlandda “Feyenoord”un qonağı olacaq.
UEFA Çempionlar Liqası
III təsnifat mərhələsi, ilk oyunlar
6 avqust
19:00. “Kayrat” (Qazaxıstan) - “Slovan” (Slovakiya)
21:00. “Zalsburq” (Avstriya) - “Brügge” (Belçika)
21:30. “Ludoqorets” (Bolqarıstan) - “Ferensvaroş” (Macarıstan)
22:30. “Lex” (Polşa) - “Srvena Zvezda” (Serbiya)
23:00. “Feyenoord” (Niderland) - “Fənərbağça” (Türkiyə)
23:00. “Nitsa” (Fransa) - “Benfika” (Portuqaliya)
Qeyd edək ki, III raundun cavab matçları avqustun 12-də keçiriləcək.