"Barselona" Ter Şteqeni cəzalandıra bilməz

"Barselona" Ter Şteqeni cəzalandıra bilməz

İspaniya Futbolçular Birliyi almaniyalı qapıçı Mark Andre Ter Şteqen ilə əlaqə saxlayıb.

Olimpnews.az xəbər verir ki, qurumdan verilən məlumata görə "Barselona" klubunun futbolçunu cəzalandırmaq üçün heç bir hüquqi əsası yoxdur.

Qeyd edək ki, Ter Şteqen zədə müddətinə görə sənədlərə imza atmayıb. Belə olan halda kataloniya klubunun rəhbərliyi La Liqaya almaniyalı qapıçının sənədlərini yollaya bilməyib. Buna görə də "Barselona" klubu onun maaşının 80 faizini tuta bilmir. Rəhbərlik qapıçıya qarşı intizam işi açıb və onu cəzalandırmaq istəsə də, qapıçı rəhbərliyin zənglərini açmayıb.