Dünyada ilin futbolçusuna verilən "Qızıl top" mükafatı üçün 2025-ci ilin 30 namizədin adı açıqlanıb.
Olimpnews.az xəbər verir ki, siyahıda Əşrəf Hakimi (PSJ), Cud Bellingem ("Real Madrid"), Kole Palmer ("Çelsi"), Deklan Rays ("Arsenal"), Denzel Dumfris ("İnter"), Dzire Due (PSJ), Fabian Ruiz (PSJ), Florian Virts ("Bayer Leverkusen", "Liverpul"), Canluci Donnruma (PSJ), Seru Girrasi ("Borussiya Dortmund"), Harri Keyn ("Bayern Münhen"), Joao Neves (PSJ), Xviça Kvaratsxeliya (PSJ), Lamin Yamal ("Barselona"), Lautaro Martinez ("İnter"), Aleksis Mak Allister ("Liverpul"), Kilian Mbappe ("Real Madrid"), Vinisus Junior ("Real Madrid"), Maykl Olise ("Bayern Münhen"), Məhəmməd Salah ("Liverpul"), Nunu Mendeş (PSJ), Osman Dembele (PSJ), Pedri ("Barselona"), Rafinya ("Barselona"), Robert Levandovski ("Barselona"), Erlinq Haland ("Mançester Siti"), Skot Maktominey ("Napoli"), Viktor Gyökereş ("Sportinq", "Arsenal"), Vircil Van Dayk ("Liverpul"), Vitinya (PSJ) kimi futbolçuların adları yer alıb.
Qeyd edək ki, siyahıda ən çox futbolçu PSJ-yə məxsusdur - 9 futbolçu. "Barselona"a və "Liverpul"un 4, Madrid "Real"ının isə 3 futbolçusunun adı namizədlər sırasında daxil edilib.
Mükafatlandırma mərasimi sentyabrın 22-də Parisdə keçiriləcək.
"Qızıl top" üçün namizədlər açıqlandı
