"Sabah" klubu futbol üzrə UEFA Konfrans Liqasının III təsnifat mərhələsində ilk oyununu keçirib.
Olimpnews.az xəbər verir ki, ölkə kubokunun son qalibi Bolqarıstanda “Levski” klubunun qonağı olub. Sofiya şəhərindəki Georgi Asparuxov stadionunda keçirilən oyun rəqib komandanın minimal hesablı qələbəsi ilə başa çatıb -1:0. Borislav Rupanov 90+8-ci dəqiqədə Sofiya təmsilçisinə qələbə qazandıran qolu vurub.
Beləliklə Bolqarıstan səfərindən minimal hesablı məğlubiyyətlə qayıdan "Sabah" bir həftə sonra Bakıda, "Bank Respublika" arenada məğlubiyyətin əvəzini çıxmağa çalışacaq.