Avropa Liqası: Bu gün pley-offun ilk iştirakçısının adına aydınlıq gələcək

Avropa Liqası: Bu gün pley-offun ilk iştirakçısının adına aydınlıq gələcək

Bu gün futbol üzrə UEFA Avropa Liqasında da III təsnifat mərhələsinin cavab oyunlarına start veriləcək. 
Oimpnews.az xəbər verir ki, ilk oyun günündə  bir qarşılaşma təşkil olunacaq. 
Günün yeganə oyununda “Qarabağ”ın Çempionlar Liqasının ikinci təsnifat mərhələsində məğlub etdiyi İrlandiyanın "Şelburn" klubu ilə Xorvatiyanın "Riyeka" kollektivi qarşılaşacaq. İrlandiyadakı Tolka Park arenada keçirilən oyun Bakı vaxtı ilə saat 22:45-də start götürəcək 
Bu mərhələnin növbəti oyunları avqustun 14-də keçiriləcək.