İngiltərə klubunun 80 milyonluq təklifi var

İngiltərə klubunun 80 milyonluq təklifi var

"Barselona"nın yarımmüdafiəçisi Fermin Lopes "Mançester Yunayted"in hədəfinə düşüb.

Olimpnews.az xəbər verir ki, "mankunianlar" 22 yaşlı ispaniyalı futbolçu üçün 80 milyon avro hazırlayıblar. "Fichajes" xəbər verir ki, Premyer Liqa təmsilçisi Lopesi Kazemironun əvəzləyicisi kimi görür. Lakin yarımmüdafiəçinin "Barselona" ilə 2029-cu ilə qədər müqaviləsi var.

Qeyd edək ki, Fermin Lopes ötən mövsüm bütün turnirlərdə 46 matçda 8 qol vurub və 10 məhsuldar ötürmə ilə yadda qalıb.