İsveçrə "Yanq Boyz"unun müdafiəçisi Zakari Atekame karyerasını İtaliyada davam etdirəcək.
Olimpnews.az-ın yerli mətbuata istinadən xəbər verir ki, 20 yaşlı isveçrəli futbolçu ilə müqavilə 2030-cu ilin yayına qədər nəzərdə tutulub.
Qeyd edək ki, Atekame ötən mövsüm 43 oyunda, 1 qol vurub və 3 məhsuldar ötürmə müəllifi olub.
"Milan" daha bir gənc futbolçunu heyətinə cəlb etdi
