Misli Premyer Liqası: mövsümün açılış oyununda qalib müəyyənləşmədi 

Misli Premyer Liqası: mövsümün açılış oyununda qalib müəyyənləşmədi 

Futbol üzrə Milli Premyer Liqasında 2025-2026-cı illər mövsümünə start verilib. 
Olimpnews.az xəbər verir ki, turun açılış oyunu Şamaxı şəhər stadionunda keçirilib. "Karvan-Yevlax" klubu "Qəbələ"ni qəbul edib. Tərəflərin hərəyə bir dəfə fərqləndiyi oyunda qalib müəyyənləşməyib -1:1. Oyunda hesab 54-cü dəqiqədə açılıb. Domi Massumo "Qəbələ"ni hesabda önə çıxarıb. Lakin 78-ci dəqiqədə hesabdakı tarazlıq bərpa olunub. Murad Musayev yolu öz qapısına göndərib -1:1. Bu, yeni mövsümün ilk avtaqolu olub. Beləliklə komandalar meydandan hərəyə bir xalla ayrılıb. 
Tura avqustun 19-da yekun vurulacaq.