Futbol üzrə Türkiyə Super Liqasında ikinci tura "Qalatasaray" - "Fatih Karagümrük" oyunu ile start verilib.
Olimpnews.az xəbər verir ki, "Rams Park"da keçirilən oyun "sarı-qırmızılılar"ın 3:0 hesablı qələbəsi ilə yekunlaşıb. "Qalatasaray"ın qələbə qollarını Barış Alper Yılmaz (10) və Mauro İkardi (87) vurub. Qonaqların futbolçusu Fatih Kurucuk isə 74-cü dəqiqədə topu öz qapısına göndərməklə yadda qalıb. Beləliklə, cimbom ardıcıl ikinci oyunda da qələbə qazanaraq xallarının sayını 6-ya çatdırıb.
"Qalatasaray" 3 xalı 3 qolla qazandı
