İkardi 281 gün sonra qol vurdu 

İkardi 281 gün sonra qol vurdu 

"Qalatasaray"ın argentinalı hücumçusu Mauro İkardi yeni mövsümdə ilk qoluna imza atıb. 
Olimpnews.az xəbər verir ki, 32 yaşlı forvard Super Liqanın ikinci turunun açılış oyunu zamanı 87-ci dəqiqədə "Fatih Karagümrük" komandasının qapısına yola tapıb. Bu, qol matçda vurulan son qol olmaqla yanaşı, həm də İkardinin 281 gündən sonra "sarı-qırmızılılar"ın forması ilə rəqib qapısından keçirdiyi ilk qol olub. O son qolunu 2024-25-ci illər movsumu çərçivəsində oktyabrın 19-da Super Liqanın 9-cu turunda "Antalyaspor"a  vurmuşdu. Ötən il noyabrın 7-də "Tottenhem"lə oyunda zədələnən futbolçu uzun müddət yaşıl meydanlardan kənar qaldı. Uzun çəkən bərpa dövründən sonra argentinalı hücumçu "aslanlar"ın forması ilə meydana çıxdığı ilk oyunda qolla yadda qalmağı bacarıb və 281 günlük qol həsrətinə son qoyub.