Bu gün futbol üzrə Misli Premyer Liqasında ilk turun daha iki oyunu keçiriləcək.
Olimpnews.az xəbər verir ki, günün ilk oyunu Şamaxı şəhər stadionunda çempionatın debutantı "İmişli" və "Turan Tovuz" komandaları arasında olacaq. Saat 17:00-da başlayacaq oyunu FİFA referisi Kamal Umudlu İdarə edəcək.
Günün ikinci oyunu isə "Neftçi" və "Şamaxı" komandaları arasında baş tutacaq. Saat 20:00-da start götürəcək oyun "Neftçi Arena"da keçiriləcək. Oyunun baş hakimi FİFA referisi Elçin Məsiyev olacaq.
Turun digər oyunları avqustun 17-si və 19-da keçiriləcək.
Qeyd edək ki, turun açılış oyunu "Karvan-Yevlax" və "Qəbələ" komandaları arasında olub. Oyun 1:1 hesabı ilə başa çatıb.
Misli Premyer Liqasından bu gün daha iki oyun keçiriləcək
