"Liverpul" yeni transferini açıqladı

"Liverpul" yeni transferini açıqladı

Yay transfer pəncərəsində fəallığı ilə diqqət çəkən "Liverpul" klubu daha bir futbolçunun keçidini ictimaiyyətə təqdim edib. 
Olimpnews.az xəbər verir ki, "mersisaydlılar" "Parma"nın istedadlı müdafiəçisi Covanni Leoni ilə 6 illik müqavilə imzalayıb. İngiltərə nəhəngi 18 yaşlı italiyalı futbolçu üçün "Parma"ya 35 milyon avro ödəyəcək. 
Müdafiəçi ötən mövsüm "Parma"nın heyətində 17 oyunda forma geyinib. Qeyd edək ki, futbolçunu İtaliyanın "İnter" və İngiltərənin "Nyukasl" klubları da heyətinə cəlb etmək istəyirdi.