"Barselona" klubu İspaniya La Liqasının ikinci turunu qələbə ilə başa vurub.
Olimpnews.az xəbər verir ki, Kataloniya təmsilçisi çətin Valensiya səfərindən əzmkar qələbə ilə qayıdıb. Hans Flikin komandası Valensiya şəhərini təmsil edən "Levante" klubuna 3:2 hesabı ilə qalib gəlib. Meydan sahiblərinin heyətində İvan Romero 15-ci, Xose Luis Morales isə 45+7-ci dəqiqədə penaltidə fərqlənib. "Barselona"nın heyətida isə Pedri (49) və Ferran Torres (52) hesabı bərabərləşdirib. Matçın 90+1-ci dəqiqəsində "Levante"nin futbolçusu Unay Elauezabal topu öz qapısına göndərib. Beləliklə" Barselona" komandası ardıcıl ikinci oyunda qələbə qazanıb.